Təbriz Palatasında sədri bölgənin inkişafından danışdı
"Şərqi Azərbaycanda xarici investorlar üçün əlverişli şərait var"
Təbriz Palatasında sədri İranda xarici investorlar üçün yaxşı şəraitin olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Yunis Jailə deyib: “Təbriz qədim zamanlardan ticarət şəhəri olub və əslində, ticarət və sənaye bu bölgə əhalisinin qanında cərəyan edir.”
O, Şərqi Azərbaycanda çoxsaylı sənaye və kənd təsərrüfatı imkanlarına toxunaraq əlavə edib ki, Şərqi Azərbaycan heyvandarlıq, eləcə də yun və iplik idxalı sahəsində böyük imkanlara malikdir.
Təbriz Palatasının sədri İran İslam Respublikasının investisiya üçün ən yaxşı bölgə olduğunu qeyd edərək deyib ki, ucuz enerji daşıyıcıları, aşağı vergilər, xarici investorlar üçün çoxillik vergi güzəştləri, bacarıqlı və təhsilli işçi qüvvəsinin mövcudluğu, 500 milyonluq periferik bazar və ən əsası xarici investorlara dövlət dəstəyi xarici investorların bizim ölkədə əldə edə biləcəyi üstünlüklərdən bəziləridir.