Əmir Abdullahian:
İran regional problemlərin region ölkələrinin əməkdaşlığı ilə həllinə inanır
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar günü Tehranda səfərdə olan İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşdə İranın regional problemlərin həllini regionun daxilində axtardığını bildirərək, İraqın dialoq elementini gücləndirmək səylərini və regional proseslər və İran-Ərəbistan dialoqlarındakı konstruktiv rolunu yüksək qiymətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian İraqın baş nazirinə bildirib ki, İran region üçün xeyirdən başqa bir şey istəmir və İran və Ərəbistanin iki ölkənin paytaxtlarında səfirliklərinin yenidən açılmasını dəstəkləyir.
İranın xarici işlər naziri Yəməndə atəşkəsə toxunaraq, İranın onun davam etdirilməsinə və Yəmən xalqının qeyri-insani mühasirəsinə son qoyulmasına dəstəyini vurğulayıb.
O, deyib: "Biz region ölkələrinin əməkdaşlığı ilə regional problemlərin həll olunacağına inanırıq".
Əmir Abdullahian, həmçinin İranın Misirlə çoxlu ortaq cəhətlərinə toxunaraq, Tehran-Qahirə əlaqələrinin gücləndirilməsinin də regionun və İslam dünyasının xeyrinə olduğunu bildirib.
İraqın baş naziri də bu görüşdə İran İslam Respublikasının regional proseslərdə və İraqa yaxınlığındakı rolunu və mövqeyini vurğulayaraq, deyib: "İraq İran İslam Respublikası ilə ikitərəfli münasibətləri gücləndirməkdə ciddidir və regionda güvən verici rolunu davam etdirəcək".
Mustafa Əl-Kazimi daha sonra əlaqələrin hərtərəfli inkişaf etdiyini və mümkün maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayaraq əlavə edib: "Regional dialoq və əməkdaşlığı gücləndirmək üçün səylərimizi davam etdirəcəyik".
İraq, Qərbi Asiya bölgəsindəki ərəb ölkələri arasında İranla ən çox mədəni və dini yaxınlığa malikdir.