İyul 02, 2022 12:23 Asia/Baku
  • İranın Hormozgan vilayətində zəlzələ nəticəsində 5 nəfər ölüb, 39 nəfər yaralanıb

İranın cənubundakı Hormozgan vilayətində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 39 nəfər yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, ölkənin Seysmoloji Mərkəzinin məlumatına görə, bu gün səhər saatlarında İranın cənubundakı Hormozgan vilayətinin "Bəndər Xəmir" və "Bəndə Lingə" şəhərlərində yerin 10 kilometr dərinliyində Rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ baş verib, ondan sonra "Bəndər Kung" şəhəri yaxınlığında yerin 28 kilometr dərinliyində 6,1 bal gücündə daha bir zəlzələ baş verib. 

Rəsmi statistikaya görə, Hormozgan vilayətinin qərbində baş verən güclü zəlzələlər indiyədək Bəndər Lingənin Sayə Xoş kəndində 5 nəfərin ölümünə, 39 nəfərin yaralanmasına səbəb olub.

Yaralılar Bəndər Lingə və Bəndər Xəmir xəstəxanalarına çatdırılıb.

Bu zəlzələlərin intensivliyi o qədər böyük olub ki, Hormozgan vilayətinin Bəndər Abbas şəhəri və bəzi digər şəhərlərində, Fars körfəzi adalarında və hətta Fars körfəzi ölkələrində belə hiss olunub.

Teqlər