SEPAH İranın şimal-qərbində silahlı terror dəstəsini darmadağın edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH cümə günü verdiyi yazılı açıqlamada İranın şimal-qərbində terrorçu dəstənin məhv edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunlarının Həmzeyi Seyyüş-Şühəda Qərargahı verdiyi açıqlamada, İranın şimal-qərb sərhədlərindən sızaraq terror aktları törətməyə çalışan silahlı terrorçu dəstənin Qərbi Azərbaycan vilayətinin Səlmas sərhəd şəhəri yaxınlığında SEPAH sərhədçiləri tərəfindən pusquya salınaraq, məhv edildiyini bildirib.
Bu uğurlu əməliyyatda terrorçu qrup tamamilə məhv edilib və SEPAH qüvvələri terrorçulara məxsus bir sıra texnika və sursatları ələ keçirib.
Həmzeyi Seyyidüş-Şühəda Qərargahı bildirib ki, SEPAH qüvvələri bu əməliyyatda heç bir zərər görməyib.
Son illərdə ABŞ-ın maksimum təzyiq kampaniyasının iflasa uğraması ilə İrana qarşı maksimum təhlükəsizlik təzyiqi formalaşdırılıb; Bu hərəkatlarda İsrail, Amerika və İngiltərə arasında geniş əməkdaşlıq mövcuddur.