İran Milli Təhlükəsizlik Şurasının katibi Bakıya səfər edəcək
İyul 13, 2022 12:52 Asia/Baku
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və islam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Kontr Admiral Əli Şəmxani Azərbaycan Respublikasına səfər edəcək.
SəhərAzəri-nin məlumatına əsasən,Əli Şəmxaninin səfəri iyulun 15-də azərbaycanlı həmkarı Ramil Usubovun rəsmi dəvəti əsasında baş tutacaq.
Səfər zamanı Şəmxani Ramil Usubovla ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
islam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Azərbaycan Respublikası prezidenti ilə də görüşəcək.