İyul 27, 2022 16:36 Asia/Baku
  • İslam İnqilabının Aliməqamlı Rəhbəri
    İslam İnqilabının Aliməqamlı Rəhbəri

İran İslam İnqilabının Aliməqamlı Rəhbəri qadın və hicab məsələsinə toxunaraq, buyurub: Şərəfli və istedadlı İran qadını Qərb sivilizasiyasının iddia və yalanlarına ən böyük və ən mühüm zərbələrdən birini vurub və onlar bu məsələdən son dərəcə qəzəblidirlər.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bütün İrandan olan cümə namazı xətiblərini qəbulu zamanı buyurublar: "Bu məsələlər İslam İnqilabının qələbə çaldığı gündən hər zaman gündəmdə olub və son zamanlar hicab bəhanəsi ilə həmən uğursuz cəhdlər təkrarlanır".

Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "Bir neçə il əvvəl bir görüşdə məndən soruşdular ki, sizin qadın məsələsi ilə bağlı Qərb qarşısında hansı müdafiəniz var? Mən ona dedim: "Mən müdafiə etmək yox, hücum etmək istəyirəm. Qadını əmtəəyə çevirənlər müdafiə etməli və cavab verməlidir".

İslam İnqilabın Aliməqamlı Rəhbəri "Niyə ABŞ və İngiltərənin dövlət mediası və onlar üçün çalışan mərkəzlər hicab bəhanəsi ilə birdən-birə və yenidən qadınlara hücum etdilər? Doğrudanmı Qərblilər İran qadınlarının hüquqlarını müdafiə edirlər?" sualına belə cavab veriblər: "Qərblilər həmanlardırlar ki, əgər suyu İran xalqının üzərinə bağlaya bilsəydilər, bağlayardılar, necə ki, Epidermolizis Bülloza xəstəliyi olan uşaqların ehtiyac duyduğu  üçün dərmanlara sanksiya tətbiq ediblər və bu dərmanların onlara çatmasına imkan vermirlər. İndi inanmalıyıqmı ki, qərblilər doğrudan da İran qadınlarına ürək yandırırlar"?

Həzrət Ayətullahül-üzma Xamenei qeyd ediblər ki, qərblilər illərdir iddia edirdilər ki, qadınlar əxlaqi və dini məhdudiyyətlərdən azad olunmasa, onlar inkişaf edə, yüksək elmi, siyasi və ictimai mövqelərə çata bilməyəcəklər, lakin son qırx ildə İran qadınları İslami hicabla və çadra ilə müxtəlif elmi, ictimai, idman, siyasi, idarəçilik, iqtisadi və mədəni sahələrdə iştirak edib, böyük uğur və iftixarlar qazana bilmişlər".

İslam İnqilabın Aliməqamlı Rəhbəri İslam Respublikasının ən böyük işinin Qərb sivilizasiyasının mahiyyətinin mərkəzi nöqtəsini kimi "dinin siyasətdən ayrı olması" idealogiyasını puma mıxarmaq olduğunu bildirib və əlavə ediblər: "İslam Respublikası din şüarı ilə nəinki özünü qoruyub- saxlayıb, həmdə İranın tərəqqisi ilə qərblilərin din ilə siyasətin bir araya sığmadığını göstərmək üçün uzunmüddətli səylərinə meydan oxuyub, buna görə də sionistlərin və kapitalistlərin başçılıq etdiyi Qərb dövlətlərinin mafiyası və onların vitrini olan Amerika bu parlaq həqiqətdən qəzəblidirlər və daima İslam Respublikasına zərbə vurmaq üçün planlar hazırlayırlar". 

Teqlər