Avq 02, 2022 10:16 Asia/Baku
  • Nüvə təsisatlarında işlər sürətləndirilir

İran İslam Respublikası ABŞ-ın sanksiyalarına nüvə təsisatlarında işi sürətləndirməklə cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran nüvə təsisatlarında yeni nəsil sentrifuqa cihazlarına müvafiq qazların vurulması prosesini sürətləndirdiyini bildirib.

İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Behruz Kamalvəndi bu haqda deyib ki, İranın Atom Enerjisi Təşkilatı yüzlərlə yeni sentrifuqaya, o cümlədən 500 yeni nəsil 6-IR cihazına uran heksafluorid qazının vurulmasına başlayıb.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bu xəbəri açıqlayarkən bildirib ki, sözügedən iş İranın zənginləşdirmə imkanlarını ölkənin ehtiyacları səviyyəsində olan 190 minə çatdırmaq məqsədi ilə həyata keçirilib.

Qeyd edək ki, ötən gün ABŞ İranla bağlı daha altı hüquqi və fiziki şəxsə sanksiyanın tətbiqi barədə məlumat yayıb.

Teqlər