Avq 02, 2022 12:55 Asia/Baku
  • İranın Amerikanın yeni sanksiyalarına reaksiyası

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Amerikanın ölkəmizə qarşı yeni sanksiyalarına reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika xəzinədarlıq nazirliyi bazar ertəsi günü elan etdi ki, İranla əlaqədə olmaq bəhanəsi ilə yeni şirkətlərin adlarını sanksiyalar siyahısına daxil edib. Bu şirkətlər əmirliklər, Çin, Sinqapur və Malayziyada yerləşirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə axşamı günü səhər bu haqda belə deyib: Ağ Evin sanksiyalara aludə olması və onlardan bir vasitə kimi istifadə etməsi, Amerika hegemonçuluq sisteminin təzahürüdür və bu ölkədə hökumətlərin dəyişməsi onun yanaşmasında fərq yaratmır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: Bayden hökumətinin rəsmiləri dəfələrlə Trampın maksimum təzyiq siyasətini uğursuz və nəticəsiz bir siyasət adlandırsalar da, əməldə özləri bu uğursuz siyasəti davam etdirib və hətta genişləndiriblər də. Belə ki, onlar hətta anlaşmaya qayıtmaq məqsədilə müzakirələrin bərpası üzrə cari səylər prosesində də bu səmərəsiz və dağıdıcı hərəkətlərdən əl çəkmirlər.

Kənani vurğulayıb: İran İslam Respublikası birincisi, Ağ Evin sanksiyaların tətbiq edilməsinin davam etdirilməsinə israrına qətiyyətli, möhkəm və dərhal reaksiya verəcək, ikincisi, bu tip sanksiyaların ölkə ticarəti və iqtisadiyyatına ehtimal olunan mənfi təsirlərini zərərsizləşdirmək üçün bütün lazımi tədbirlərdən istifadə edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda deyib: Bu sanksiyalar İran xalqının sel nəticəsində çoxlu insani və maddi xəsarətlərə məruz qaldığı şəraitlə bir zamanda Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsinin nümayişkaranə başsağlığı və hiyləgər mahiyyətini aydın şəkildə üzə çıxardı.

Amerikanın yeni sanksiyaları bu ölkənin prezidenti Co Baydenin hökumətinin/ ölkəsinin müzakirələr yolu ilə nüvə anlaşmasına qayıtması üçün lazımi zəminləri yaratmaq niyyətində olduğunu iddia etdiyi bir şəraitdə tətbiq edilib.

Co Bayden hökumətinin rəsmiləri son aylar ərzində dəfələrlə və açıq şəkildə maksimum təzyiq siyasətinin uğursuz qaldığını etiraf ediblər.

Teqlər