Avq 06, 2022 20:29 Asia/Baku
  • İran Qəzzəyə hücumu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist aparteid rejiminin Qəzzəyə qarşı vəhşicəsinə hücumunu pisləyib və bildirib: Fələstinin qanuni haqqı, sionist rejimin terror hərəkətləri qarşısında özünü müdafiə etməkdir.

Sionist rejim qırıcıları dünən axşam Qəzzə zolağının daxilindəki hədəflərə hücum ediblər.

Fələstinin Qəzzə zolağında yerləşən Səhiyyə Nazirliyi sionist rejimin Qəzzə zolağına qarşı son təcavüzləri nəticəsində bu anadək səkkiz nəfərin şəhid olduğu, əlli nəfərin isə yaralandığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü qəsbkar sionist rejimin hərəkətlərini cinayətkar, avantürist və təhrikedici hərəkətlər adlandırıb və deyib: Bu cinayətin və bu rejimin Fələstinə və Qəzzəyə qarşə təcavüz və hücumunun nəticələrinin məsuliyyəti, tam şəkildə sionist aparteid rejiminin üzərinə düşür.

Nasir Kənani həmçinin bütün ölkələr və beynəlxalq təşkilatlardan istəyibdir ki, məzlum Fələstin xalqını müdafiə, sionist rejimin terror hərəkətlərini pisləmə və regionda əmin-amansızlıq və səbatsızlığın əsas amili olan bu rejimin cinayətlərinin davam etməsinin qarşısını alma sahəsindəki qanuni, əxlaqi və insani məsuliyyətlərinə əməl etsinlər.

Teqlər