Mesajımızı avropalılar vasitəsilə Amerikaya ötürmüşük
"Mesajımızı avropalılar vasitəsilə Amerikaya ötürmüşük". Bunu İranın xarici işlər naziri öz türkiyəli həmkarı ilə telefon danışığında deyib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbətində öncə Məhərrəm və Aşura günləri münasibətilə türkiyəli həmkarına başsağlığı verib. O, sonra sionist rejimin Qəzzəyə qarşı vəhşicəsinə hücumu, müqavimət komandirlərini terror və günahsız uşaqların qırğın edilmələri xüsusiyyət təşkil etməklə bir qrup müdafiəsiz fələstinlini şəhid etməsini kəskin şəkildə pisləyib.
İranın xarici işlər naziri bu telefon söhbətində son vaxtlar ölkəmizdə baş vermiş sel hadisələrindən zərər çəkənlərlə həmrəylik ifadə etdiyi və humanitar yardım yükləri göndərdiyinə görə, Türkiyə hökumətinə təşəkkür edib.
Telefon danışığında Hüseyn Aşurasını əziz tutan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mülkilərin, xüsusən uşaqların sionistlər tərəfindən qırğın edilmələrinin əsaslandırıla bilinməz və insanlığa sığmayan bir hərəkət olduğunu vurğulayıb.
Sonra Türkiyə prezidentinin və onu müşayiət edən nümayəndə heyətinin Tehrana olmuş son səfərini yüksək dəyərləndirən tərəflər İran-Türkiyə ali həmkarlıq şurasının 7-ci iclasının nailiyyətləri və razılaşmalarının təqib olunması tərzi barədə fikir mübadiləsi aparıblar.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan həmçinin Konyada islami ölkələrin həmrəylik oyunlarının başlanmasını təbrik edib və Türkiyə hökumətinin bu oyunları uğurla keçirəcəyinə ümid bəslədiyini bildirib.
Ölkəsinin iranlı idmançılara ev sahibliyi etməsindən məmnun qalan Türkiyənin xarici işlər naziri də əmin olduğunu bildiribdir ki, bu kimi yarışlar müsəlman cəmiyyətləri arasındakı bağların güclənməsində konstruktiv rol oynayacaq.
İranın xarici işlər naziri daha sonra sanksiyaların ləğvi üzrə son Vyana müzakirələrinə işarə edib.
Biz mesajımızı avropalılar vasitəsilə Amerikaya ötürmüşük- deyən Əmir-Abdullahiyan əlavə edib: Ümid edirik ki, amerikalı tərəf real baxış və real addım, həmçinin İran İslam Respublikasının haqlı və qanuni tələblərini qəbul etməklə yekun mətn üzrə razılaşmaya zəmin yaradacaq.