Avq 11, 2022 13:26 Asia/Baku
  •  Nasir Kənani
    Nasir Kənani

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika məhkəmə rəsmilərinin yeni hekayətinə reaksiyada gülünc ittihamlar bəhanəsi ilə İran vətəndaşlarına qarşı hər cür hərəkət haqda xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ ədliyyə nazirliyi/ İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olan bir İran vətəndaşını/ Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd planlaşdırmaqda ittihamlandırdığını iddia edən bir bəyanat yayıb.

Bəyanatda iddia edilibdir ki, bu şəxsin məqsədi, ehtimal üzrə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin terror edilməsinə görə qisas almaq olubdur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib: Amerikanın məhkəmə rəsmiləri, bu ölkənin İran İslam Respublikasına qarşı bitmək blməyən ittihamları və uğursuz İranofobiya siyasətinin davamında yeni bir hekayətdə, mötəbər faktlar və zəruri sənədləri təqdim etmədən ittihamlar irəli sürüblər.

Kənani əlavə edib: Bu kimi əsassız iddialar siyasi məqsəd və motivlərlə irəli sürülür və əslində qabaqgəlmişlik, təbliğat atmosferi yaratmaq və xüsusən Amerika hökumətinin birbaşa şəkildə əlinin olduğu şəhid general Süleymaniyə qarşı qorxaqcasına terror əməliyyatı və ya ABŞ-ın himayəsi və arxa durması ilə İŞİD kimi terror qruplarının və sionist rejimin törətdikləri terror cinayətləri kimi xeyli sayda terror cinayətlərinə cavabdehlik məsuliyyətindən qaçmaqdır.

O deyib: İran İslam Respublikası gülünc ittihamlar bəhanəsi ilə İran vətəndaşlarına qarşı hər cür hərəkət haqda qətiyyətlə xəbərdarlıq və təkid edir ki, İran İslam Respublikasının dövləti və vətəndaşlarının hüquqlarını müdafə etmək üçün beynəlxalq hüquq normaları çərçivəsində hər hansı addımı atmaq hüququnu özündə saxlayır.

 

Teqlər