Avq 11, 2022 13:35 Asia/Baku
  • Huşəng Ebtehac
    Huşəng Ebtehac

İranın tanınmış şairi və tədqiqatçısı Sayə(Sayeh) təxəllüslü ustad Huşəng Ebtehac 94 yaşında vəfat edib.

SəhərAzəri-nin məlumatına əsasən, Huşəng Ebtehacın qızı Yəlda Ebtehac çərşənbə günü səhər tezdən İnstaqramda elan etdi ki: "Bizim Sayəmiz əbədiyyətə qovuşdu”.

Ustad Ebtehac cari ilin iyul ayından bəri böyrək çatışmazlığına görə, Almaniyanın Köln şəhərindəki bir xəstəxanada müalicə kursu keçirdi.

Əmir Huşəng Ebtehac 1928-ci il fevralın 29-da İranın şimalında yerləşən Rəşt şəhərində anadan olub. Tanınmış şəxslərdən olan atası Ağaxan Ebtehac bir müddət bu şəhərdə yerləşən Pur Sina xəstəxanasının baş həkimi olubdur.

Huşəng Ebtehacın ən mühüm əsərlərindən biri, ilk dəfə 1994-cü ildə çap olunan “Hafiz Sayənin səyi ilə” adlı Hafizin qəzəllərinə olan düzəlişi olubdur.

“Sərab”, ustad Huşəng Ebtehacın sərbəst şeir məzmunlu ilk şeir məcmuəsidir.

Müasir İran şairləri arasında, Ebtehac, Ustad Şəhriyara və onun “Heydər babaya salam” poemasına böyük hörmət və məhəbbətlə yanaşardı və belə görünür ki, Şəhriyar onun həyatında mühüm rola malik olubdur.

 

Teqlər