İran və Rusiya nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
https://azeri.sahartv.ir/news/İran-i392336-İran_və_rusiya_nəqliyyat_sahəsində_əməkdaşlığın_genişləndirilməsini_müzakirə_ediblər
İranın Rusiyadakı səfiri və bu ölkə prezidentinin köməkçisi görüşərək dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatı sahəsində Tehran-Moskva əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2022 10:03 Asia/Baku
  • İran və Rusiya nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

İranın Rusiyadakı səfiri və bu ölkə prezidentinin köməkçisi görüşərək dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatı sahəsində Tehran-Moskva əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Rusiyadakı səfiri Kazim Cəlali Rusiya prezidentinin köməkçisi İqor Levitinlə görüşündə iki ölkə prezidentinin Şimal-Cənub dəhlizinin inkişafına, o cümlədən Gərmsar-İncə-Brun dəmir yolunun elektrikləşdirilməsi və Rusiyanın bu beynəlxalq dəhliz çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişində iştirakına ciddi diqqət yetirməsinə işarə edib və bu kontekstdə ikitərəfli razılaşmaların tezliklə həyata keçirilməsini vurğulayıb.

Rusiya prezidentinin köməkçisi də öz növbəsində İranın Beynəlxalq Şimal-Cənub dəhlizi vasitəsilə Hindistan, Pakistan, Əfqanıstan və Şimali Afrika kimi hədəf ölkələrə çatmasının vacibliyini vurğulayıb.

Şimal-Cənub Dəhlizi Süveyş kanalı ilə yüklərin daşınmasının 16 min kilometrlik məsafəsini 7 min kilometrlik marşrutla əvəz edib.