General Hacızadə: "Bu gün dron və raket ixrac edirik"
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın aerokosmik qüvvələrinin komandanı deyib: "Bizim hərbi sahədə əvvəllər indiki imkanlarımız yox idi. Əvvəllər tikanlı məftillər idxal edirdik, indi isə dron və raket ixrac edirik".
SəhərAzəri- "İRİB"in məlumatına görə, general Əmir Əli Hacızadə Məşhədin Firdovsi adına Universitetində keçirilən görüşdə İranın illərdir düşmənin hibrid müharibəsinin şahidi olduğunu bəyan edərək, ölkənin raket qabiliyyəti ilə bağlı deyib: "Qərblilər raket və dron danışıqlarının İranın nüvə məsələsindən daha vacib olduğunu deyirlər. Bunlar təsadüfi deyil. Şübhəsiz ki, bu, biliyə əsaslanan şirkətlər və daxili imkanlar hesabına reallaşıb".
General Hacızadə daha sonra şəhid general-leytenant Qasim Süleymaninin xarakter xüsusiyyətlərini bəyan edərək, deyib: "Şəhid Süleymani müqavimətə, cihada və əzmkarlığa inanırdı".