Avq 27, 2022 11:33 Asia/Baku
  • Təxti Rəvançi vidalaşmaq üçün Quterreslə görüşüb

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT-nin baş katibi Antonio Quterreşlə son görüşündə müxtəlif mövzular, o cümlədən nüvə danışıqları və regional məsələləri müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti Rəvançi missiyasının sonunda Tvitter hesabında yazıb: "İranın BMT-dəki səfiri kimi fəaliyyətimin sonunda BMT-nin baş katibi Antonio Quterreşlə konstruktiv və dostcasına görüşüm oldu və NPT üzrə İcmal Konfransı, nüvə anlaşması və Fars körfəzi regionu da daxil olmaqla regional məsələləri, habelə BMT-nin dünya miqyasında rolunu müzakirə etdik". 

Səid İrəvani İranın BMT-dəki yeni səfiri və daimi nümayəndəsi təyin edilib və 4 il bu vəzifəyə rəhbərlik edən Məcid Təxti Rəvançını əvəz edəcək. 

O, İranın İraqdakı müvəqqəti işlər vəkili, Strateji Xarici Əlaqələr Şurasının katibi, habelə Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müavini kimi vəzifələri icra edib. 

Teqlər