Avq 30, 2022 13:47 Asia/Baku
  •  İran İraqla sərhədi müvəqqəti bağlayıb

İran İslam Respublikası İraqla sərhədini müvəqqəti olaraq bağladı.

SəhərAzəri-nin məlumatına əsasən, son günlər İraqda hərəkatın lideri Müqtəda əs-Sədrin siyasi arenadan çəkildiyini elan etməsi və qarşıdurmaların başlamasından sonra yaranan gərginlik ölkədə qeyri-sabitliyə səbəb olub ki, bu da İraqın İranla sərhədlərinin bağlanmasına və iranlı zəvvarların müvəqqəti olaraq İraq sərhədləri yaxınlığında gözlədilməsi ilə nəticələnib.

Məlumatda deyilir ki, Ərbəin əzadarlığı mərasimində zəvvarların keçdiyi sərhəd-keçid məntəqələri arasında Şələmçə, Çəzzəbə, Xosrəvi və Mehran keçid məntəqələri var.

Bu il beş milyon iranlı zəvvarın Kərbəlaya gedəcəyi planlaşdırılırdı, lakin ötən gün baş verən şərait və hadisələrə görə İran İraqla sərhədlərini bağlayıb.

Teqlər