Avq 30, 2022 22:27 Asia/Baku
  • Hava sərhədləri Ərbəin zəvvarları üçün açılıb

İran Daxili İşlər Nazirliyinin Ərbəin qərargahının rəhbəri deyib: "İraqın hava sərhədləri İmam Hüseyn (ə) Ərbəini zəvvarları üçün açılıb".

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Mir Əhmədi televiziya kanalına verdiyi müsahibədə əlavə edib: İraqda sakitliyin bərqərar olması ilə bu ölkə hökuməti sərhədlərini zəvvarların üzünə açıb.

İran Daxili İşlər Nazirliyinin mərkəzi Ərbəin qərargahının rəhbəri bəyan edib ki, Ərbəin uçuşları və zəvvarların hava yolu ilə ziyarətgahlara göndərilməsinin maneəsiz olduğunu bildirərək, deyib: Quru sərhədlərdən keçmək istəyən zəvvarlar Ərbəin Qərargahının növbəti elanını gözləsinlər. 

Teqlər