Sen 02, 2022 14:43 Asia/Baku
  • İran Pakistan
    İran Pakistan

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari ilə telefon söhbətində İranın Pakistanda seldən zərərçəkənlərə yardımı davam etdirmək qərarından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Pakistanda seldən zərərçəkənlər üçün nəzərdə tutulan ilk iri yardım yükü dünən Rimdan-Gebd sərhədində pakistanlı tərəfə təhvil verilib.

Qeyd olunan telefon söhbətində Pakistanda baş verən seldə xeyli sayda insanın həyatını itirməsi və bu təbii fəlakətdən irəli gələn maddi xəsarətlərə görə başsağlığı verən Əmir-Abdullahiyan İranın Pakistanda seldən zərərçəkənlərə humanitarr yardımının davam etdiriləcəyinə əminlik veribdir.

Dünya ictimaiyyətinin, xüsusən İranın Pakistanda seldən zərərçəkənlərə yardım və dəstəyinə görə təşəkkür edən Pakistan xarici işlər naziri də bildiribdir ki, Pakistan BMT-nin köməyilə sel ilə mübarizə üçün maliyyə yardımlarının toplanması üzrə çağırış edib və hal-hazırda bir çox dünya ölkəsi Pakistanda seldən zərərçəkənlərə yardım etməkdədir.

 

Teqlər