Amerikalılar beynəlxalq hüquqlara məhəl qoymurlar
https://azeri.sahartv.ir/news/İran-i392811-amerikalılar_beynəlxalq_hüquqlara_məhəl_qoymurlar
İran İslam Respublikası Ordusunun baş komandanı vurğulayıb ki, amerikalılar təcavüzkarlıq və təkəbbürlük xislətilə beynəlxalq hüquqlara məhəl qoymurlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2022 14:28 Asia/Baku
  • General-mayor Seyid Əbdürrəhim Musəvi
    General-mayor Seyid Əbdürrəhim Musəvi

İran İslam Respublikası Ordusunun baş komandanı vurğulayıb ki, amerikalılar təcavüzkarlıq və təkəbbürlük xislətilə beynəlxalq hüquqlara məhəl qoymurlar.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Seyid Əbdürrəhim Musəvi Dafus universitetində yeni təhsil ilinin başlanması mərasiminin kənarında «Cəmaran» destroyerinin amerikan qayıqla toqquşmasının detalları haqda deyib: Bu sərnişinsiz gəmilər bölgənin, digər gəmilərin keçdikləri məkan olmasına və onların digər gəmilərin təhlükəsiz hərəkəti üçün təhlükə yarada biləcəklərinə məhəl qoyulmadan başlı-başına buraxılmışdılar.

İran İslam Respublikası Ordusunun baş komandanı əlavə edib: Dəniz qüvvələri tapşırıq bölgəsində iki amerikan gəmi ilə toqquşdu və bu iki gəmini, təkcə İranın deyil, həm də bölgədəki başqa gəmilərin təhlükəsizliyinə ziyan vura biləcəyi bölgədən uzaqlaşdırıb, təhlükəsiz bir bölgədə buraxıbdır.