Sen 07, 2022 13:57 Asia/Baku
  • İran gəncləri kuraş
    İran gəncləri kuraş

İranın kuraş komandası gənclərin Asiya çempionatının ilk günündə dörd medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Gənclərin kuraş idman növü üzrə Asiya çempionatı dünən səhər Tailandda başlanıb.

İran komandası yarışların ilk günündə bir qızıl, iki gümüş və bir bürünc medal əldə edibdir.

Yarışların ilk günündə Məhəmmədrza Vəhdani yüz kiloqaramdan yuxarı çəki dərəcəsində inamla qızıl medala sahib çıxıb.

Əbülfəzl İffəti-Ərkan səksən bir kiloqramdan aşağı çəki dərəcəsində bürünc medal əldə edib.

Purya Məhnani yüz kiloqramdan aşağı çəki dərəcəsində gümüş medal qazanıb.

Qadınların yarışlarında isə Pərdis Eydi-Vəndi əlli yeddi kiloqramdan aşağı çəki dərəcəsində gümüş medal əldə edibdir.

 

Teqlər