Sen 08, 2022 11:04 Asia/Baku
  • Əmir-Abdullahyan
    Əmir-Abdullahyan

Nüvə məsələsində quruluşun qırmızı xətlərini azacıq da olsa belə, pozmayacağıq. Bu sözləri İranın xarici işlər naziri söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, O, bildirib: İslam İnqilabının Böyük Rəhbərinin müzakirələr prosesinin davam etdirilməsilə paralel surətdə sanksiyaları təsirdən salmaq sahəsində çəkdikləri xətlər ölkə prezidenti tərəfindən də vurğulanır və xarici işlər nazirliyi tam qüdrət və ciddiliklə bu istiqamətdə hərəkət edir.

Dünən Rəhbərlik Xübreqanı Məclisinin onuncu sessiyasında iştirak edən Hüseyn Əmir-Abdullahyan xalq dövlətinin bir il fəaliyyəti dövründə İran İslam Respublikasının xarici siyasət nailiyyətləri, həmçinin son siyasi və beynəlxalq hadisələr barədə məlumat təqdim edib və Xübreqan Məclisi üzvlərinin suallarını cavablandırıb.

O, bu yığıncaqda beynəlxalq arenadakı oyunçuların kəmiyyət və keyfiyyət cəhətdən dəyişikliyə uğramaları və bu arenada hökumət və qeyri-hökumət fəallarının sayının artmasına işarə ilə deyib: Amerikanın İran İslam Respublikasının iştirakı olmadan regionda yeni siyasi-təhlükəsizlik tərtibatı yaratmaq məqsədli bütün cəhdləri uğursuz qalıb.

Əmir-Abdullahyan qeyd edib ki, heç bir tərəf istənilən regional siyasi-təhlükəsizlik tərtibatında İran İslam Respublikasının rolu və mühüm mövqeyini görməməzliyə vurmağa qadir deyildir.

Dünyanın müxtəlif coğrafi bölgələrində xeyli sayda böhran mərkəzlərinin varlığı, həmçinin beynəlxalq quruluşun səbatsız və dəyişkən mahiyyəti və beynəlxalq arenanın hazırkı şəraitini dayanıqsız adlandıran İranın xarici işlər naziri vurğulayıb: Belə bir şəraitdə İran İslam Respublikası təlatümlü beynəlxalq okeanda asayişə malik olan bir gəmidir.

 

Teqlər