Sen 08, 2022 14:08 Asia/Baku
  •  Nasir Kənani
    Nasir Kənani

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəb Liqasının xarici işlər nazirləri səviyyəli iclasının İran barədəki bəyanatının maddələrini pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: Bu kimi bəyanatların verilməsi qeyd olunan bəzi ölkələrin Qərbi Asiya bölgəsinin reallıqlarına cahilliklə yanaşdıqları və region olaylarının gedişatından düzgün anlayışlarının olmadığını göstərir.

Kənani əlavə edib: Bu ölkələr çeynənmiş və dəyərsiz ittihamları təkrar etmək yerinə, sionist rejimin zülm altında olan Fələstin xalqına qarşı cinayətləri üzərində təmərküzləşsəydilər, yaxşı olardı.

Kənani qeyd olunan bəyanatın üç İran adası barədəki iddialarını rədd edib və İranın atdığı bütün addımların ölkənin ərazi bütövlüyünə hakimiyyətin tətbiqi çərçivəsində olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İran İslam Respublikası silahlı qüvvələrinin Fars Körfəzi bölgəsində dənizçiliyin təhlükəsizliyini qorumaq sahəsindəki bacarığı və iqtidarına, eləcə də hər hansı dəniz əmin-amansızlığı və şər işlərlə bağlı sayıqlığına işarə və region təhlükəsizliyinin, əcnəbilərin müdaxilələri olmadan, region ölkələri tərəfindən təmin olunmasına təkid edibdir.

 

Teqlər