İran tezliklə Zəfər-2 peykini orbitə çıxaracaq
İranın Elm və Texnologiya Universitetinin rəhbəri bildirib ki, İran tezliklə yerli istehsal olan "Zəfər-2" peykini orbitə çıxaracaq.
SəhərAzəri-nin məlumatına əsasən, Mənsur Ənbia İRNA-ya verdiyi müsahibədə deyib ki, İranın Elm və Texnologiya Universiteti indiyədək dörd peyk hazırlayıb:
2011-ci ildə qurulan ilk peyk kimi "Nəvid", 2013-cü ildə buraxılan ikinci peyk "Mobin" və 2015-ci ildə inşa edilən "Zəfər-1" üçüncü peykdən sonra, Zəfər- 2 peyki bu universitetin tədqiqatçılarının peyk texnologiyası sahəsində əldə etdiyi dördüncü nailiyyət olacaq.
O, bu peyki hazırlamaq üçün 64 hissədən istifadə edildiyini söyləyib.
Onun sözlərinə görə, İranın Elm və Texnologiya Universiteti ölkənin ehtiyaclarını ödəmək üçün peyk texnologiyası əldə edib və hazırda texniki bilikləri digər ölkələrə ixrac etməyə hazırdır
İran aerokosmik sahəsində tədqiqat fəaliyyətlərinə 90-cı illərin ortalarında başlayıb və o vaxtdan bəri müxtəlif yerli peyklər qurub orbitə buraxmaqla nəhəng addımlar atıb.
Qeyd edək ki, İranın "Xəyyam" peyki də İran sərhədlərinin monitorinqi və ölkənin kənd təsərrüfatı, təbii sərvətlər, ekoloji məsələlər, mədənçilik və təbii fəlakətlərin idarə edilməsi və planlaşdırılmasını təkmilləşdirmək üçün 2022-ci il avqustun 9-da Qazaxıstanın Baykonur kosmodromundan Rusiyanın "Soyuz" daşıyıcı gəmisi ilə orbitə buraxılıb.