İranın ŞƏT-ə tamhüquqlu üzvlüyü reallaşır
Səmərqənd sammitində müəyyənləşəcək
İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə köməkçisi bəyan edib ki, bu ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına rəsmi üzvlüyü Səmərqənd sammitində müəyyənləşəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Mehdi Səfəri təmsil etdiyi ölkəsinin Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına rəsmi üzvlüyünün bu həftə sonu Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi planlaşdırılan sammitdə müəyyən ediləcəyini təsdiqləyib.
Səfari Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə bağlı açıqlamasında qeyd edib ki, “bu sahədə Xarici İşlər Nazirliyinin digər agentliklərlə razılaşdırdığı 400-500 məsələ var.”
İranlı diplomat “prezident Seyid İbrahim Rəisinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməklə yanaşı, Özbəkistana da qarşılıqlı səfəri var”, deyə vurğulayıb.
O əlavə edib ki, İran Özbəkistanla ikitərəfli münasibətlərdə çox yaxşı inkişafa nail olub və bu səfər zamanı enerji sektorunda və müxtəlif sektorlarda imzalanmaq üçün təxminən 23 sənəd hazırlanıb.