İran prezidenti Özbəkistana gedib
Sen 14, 2022 16:15 Asia/Baku
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün Özbəkistana gedib.
SəhərAzəri-nin məlumatına əsasən, prezident Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına qatılmaq üçün Səmərqəndə yollanıb.
Rəisi ölkənin siyasi və iqtisadi rəsmilərindən ibarət böyük nümayəndə heyətinə başçılıq edir.
Qeyd edək ki, Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən iclasında İranın bu təşkilata üzvlüyü müəyyənləşməlidir.
İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə köməkçisi Mehdi Səfərinin bundan öncə verdiyi açıqlamaya görə, rəsmi Tehranın Şanxaq Əməkdaşlıq Təşkilatına üzvlüyü Səmərqənd Sammitində müəyyənləşəcək.