Sen 17, 2022 10:27 Asia/Baku
  • Rəisi: Tanınmış sərhədlərdə istənilən dəyişiklik yolverilməzdir

İran İslam Respublikasının prezidenti Ermənistan və Azərbaycanı qarşıdurmanı danışıq yolu ilə həll etməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Şanxay İqtisai Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitindəki çıxışında deyib: “Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tanınmış sərhədlərdə istənilən dəyişikliyi rədd edirik. Tərəflər fikir ayrılıqlarını dialoq yolu ilə və beynəlxalq hüquq əsasında sülh yolu ilə həll etməlidirlər.”

 

O fikirlərini belə davam etdirib: “Əfqanıstan və Suriya kimi təcrübələr dərs olmalıdır və bundan qaçmaq lazımdır. İstənilən şəkildə NATO siyasətini yürütmək müxtəlif regionlar üçün təhlükə yaradır. Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikası üçün çox vacibdir. Biz hər zaman ölkələrin ərazi bütövlüyünə, milli suverenliyinə hörmətlə yanaşmağa çağırmışıq. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tanınmış sərhədlərdə istənilən dəyişikliyi rədd edirik. Tərəflər fikir ayrılıqlarını dialoq yolu ilə və beynəlxalq hüquq əsasında sülh yolu ilə həll etməlidirlər.”

Rəisi qeyd edib ki, İran İslam Respublikası bölgədə öz milli maraqlarını və təhlükəsizliyini qoruduğu kimi, bu iki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazır olduğunu da bəyan edir.

Teqlər