Sen 18, 2022 12:12 Asia/Baku
  • turizm sənayesi
    turizm sənayesi

Ümumdünya Səyahət və Turizm Şurası İranın turizm sənayesinin keçən milad ilindəki dəyərini 48,1 milyard dollar qədər qiymətləndirib və bu cəhətdən İranı dünyada 19-cu yerdə qərar verib.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Səyahət və Turizm Şurası 2021-ci ildə turizm sənayesinin miqyası baxımından dünyanın ilk 20 ölkəsini təqdim edib.

Şura 2021-ci ildə dünya ölkələrinin turizm sənayelərinin onların ümumi daxili məhsullarına etdikləri köməklərin miqdarını araşdırıb və İranı İsveçrədən yuxarıda- 19-cu yerdə qərar veribdir.

Bu hesabat 2021-ci ildə İranın turizm sənayesinin ümumi daxili məhsula olan kömək miqdarını 48,1 milyard dollar qədər dəyərləndirib.

Yaponiya, İtaliya, Hindistan, Fransa, Meksika, İngiltərə, İspaniya, Braziliya, Kanada, Avstraliya, Niderland, Rusiya, Türkiyə, Ərəbistan və Cənubi Koreya isə müvafiq olaraq, dördüncüdən on səkkizinciyədək olan yerləri tutublar.

İsveçrə İrandan bir pillə aşağıda- dünya üzə iyirminci yerdə qərarlaşıbdır.

 

Teqlər