Sen 23, 2022 17:08 Asia/Baku
  • Şərqi Azərbaycan əhalisi iğtişaşçılara qarşı fəryad edib

Cümə namazından sonra əzəmətli bir yürüşdə iştirak edən İranın Şərqi Azərbaycan vilayətinin əhalisi fitnəkarlar və iğtişaşçıların hərəkətlərini pisləyibdir.

 SəhərAzəri-nin məlumatına əsasən, İranın Şərqi Azərbaycan vilayətinin inqilabçı əhalisi, az sayda aldanmış və muzdlu amilin xalqın təhlükəsizliyini əlindən almaq, ictimai məkanlar və ictimai əmlakı dağıtmaq, qadınların hicablarına hörmətsizlik emək, İran İslam Respublikasının müqəddəs bayrağını və bəzi məscidləri yandırmaq, əziz İslam Peyğəmbəri(s.ə.s)-in və Qurani-Kərimin müqəddəsliyinə hörmətsizlik etmək üzrə anormal hərəkətlərini amerikan-sionist bir fitnə adlandırıb və ölkənin məhkəmə və təhlükəsizlik təşkilatlarından imperializmin muzdlularını yerlərində oturtmalarını tələb edibdir.

Qəhrəmancasına yürüşdə iştirak edən təbrizli namazqılanlar “Amerikaya ölüm!”, “İngiltərəyə ölüm!”, “İsrailə ölüm!”, “Vilayətə Fəqihə qarşı çıxanlara ölüm!”, “Bəsicilər can verir, Vilayətə qan verir!” şüarları ilə İslam dini və İslam İnqilabının, eləcə də cəmiyyətin təhlükəsizliyini qorumağa hazır olduqlarını elan ediblər.

Qeyd edək ki, bu gün cümə namazından sonra bütün əyalətlərdə İranda son iğtişaşları pisləyən aksiyalar keçirilib.

Urmiyə, Ərdəbil, Gilan əyalətləri və bu əyalətlərin inzibati mərkəzləri və digər şəhərləri də aksiya və yürüşlərin şahidi olub.

Teqlər