Sen 24, 2022 13:14 Asia/Baku
  • İran sərhədlərin dəyişdirilməsinə qarşıdır

İran İslam Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdə İranın regionun sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələr və Qafqaz regionunda baş verən son hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.

Əmir Abdullahian bu görüşdə Qafqaz regionunda baş verən dəyişikliklərlə bağlı bəzi xəbərlər və dəlillər barədə danışaraq, İran İslam Respublikasının regionun geosiyasi xəritəsi və sərhədlərində istənilən dəyişikliyə qarşı açıq və qətiyyətli mövqeyini təkrarlayıb.

İranın xarici işlər naziri müxtəlif sahələrdə ikitərəfli münasibətlərdə son inkişaf prosesini nəzərdən keçirib və iki ölkə arasında son bir ildə qarşılıqlı səfərlər və razılaşmaları müsbət və mütərəqqi adlandırıb.

Xarici işlər naziri əlavə edib ki, İran İslam Respublikası fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etmək üçün münaqişənin hər iki tərəfi kimi, Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəsmiləri ilə məsləhətləşmələr aparmağa hazırdır.

Görüşdə Azərbaycanın xarici işlər naziri də ikitərəfli münasibətlərdə mövcud olan məsələlərə toxunaraq, qarşılıqlı məsləhətləşmələrin və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O, regionda geosiyasi dəyişikliklərlə bağlı iddiaları rədd edib və qeyd edib ki, ölkəsi Ermənistanla ərazi və sərhəd mübahisələrini regional əməkdaşlıq yolu ilə həll etməyə çalışır.

Teqlər