Peyğəmbərimizin vəfatı və İmam Həsənin şəhadətinin ildönümü günüdür
İslami İran əziz İslam peyğəmbəri Həzrət Məhəmməd(s.ə.s)-ın vəfatı və dünya şiələrinin ikinci imamı Həzrət İmam Həsən Müctəba(ə)-ın şəhadətinin ildönümü günündə matəmə qərq olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün, 28 səfər 1444-cü hicri qəməri ili, 25 sentyabr 2022-ci milad ili, əziz İslam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s)-ın vəfatı və şiələrin ikinci imamı Həzrət İmam Həsən Müctəba(ə)-ın şəhadətinin ildönümü günüdür.
Əziz İslam peyğəmbəri vəfatından öncə, 11-ci hicri qəməri ilində peyğəmbər şəriətinin hökm və əsaslarını mehribanlıqla, bəyənilən, eyni zamanda qətiyyət və mətanətli üsullarla bəyan etdi və dinin haqq mararifinin yayılması və dinin istiqamətləndirilməsində mümkün olan ən yaxşı tərzdə səy göstərdi.
Möhtərəm atası, dünya şiələrinin birinci imamı İmam Əli İbn Əbi Talib (ə) ilə təxminən 30 il yanaşı olmuş Həzrət İmam Həsən Müctəba (ə) isə 50-ci hicri qəməri ili səfər ayının 28-də 47 yaşında ikən, Müaviyənin göstərişi ilə öz həyat yoldaşı tərəfindən zəhərləndirilib, şəhid edildi.
Səfər ayının son günləri başdan-başa hüzn və kədərdir. Nur və rəhmət peyğəmbərini sevənlər və ismət və paklıq Əhli-Beyti(ə)-ın vurğunları hər bir tərəfdən Saminülhücəç Əli ibn Musa əl-Rza(ə)-ın müqəddəs Məşhəd şəhərində yerləşən mübarək zirayətgahına gəlir və “Bu gün, matəm günüdür!” fəryadı edirlər.
Bu gün əziz İslam peyğəmbəri (s.ə.s)-ın vəfatı və həzrət İmam Həsən Müctəba (ə)-ın şəhadəti üzrə matəm mərasimləri müqəddəs Məşhəd şəhərində və İranın digər bölgələrində keçirildi və ismət və paklıq Əhli-Beyti(ə)-ın aşiqləri dəstə və heyətlər formasında dini məkanlarda əzadarlıq etdilər.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı əziz İslam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s)-ın vəfatı və şiələrin ikinci imamı İmam Həsən Müctəba (ə)-ın şəhadətinin ildönümü münasibətilə bütün müsəlmanlara başsağlığı verir.