Okt 06, 2022 14:43 Asia/Baku
  • İranlı Quran qiraətçisi Türkiyə Quran müsabiqəsində üçüncü olub

İranlı Quran qiraətçisi Türkiyə Quran müsabiqəsində üçüncü yeri kəsb edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Türkiyədə keçirilən səkkizinci beynəlxalq Qurani-Kərimin əzbər və qiraəti müsabiqəsindəki nümayəndəsi Vəhid Xəzayi qiraət bölməsində üçüncü yeri qazanıb.

Müsabiqənin bağlanış mərasimi Ankara toplantı və mədəniyyət mərkəzində keçirilib. Türkiyə, Mərakeş və İran İslam Respublikası qiraət bölməsində müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutublar.

Səkkizinci Türkiyə beynəlxalq Qurani-Kərimin əzbər və qiraəti müsabiqəsində qırx doqquz ölkədən altmış üç Quran hafizi və qiraətçisi mübarizə aparıb.

Teqlər