Danimarkanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Danimarkanın Tehrandakı səfiri İranın Kopenhagendəki səfirliyinə bıçaqlı hücuma görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, cümə günü İran İslam Respublikasının Kopenhagendəki səfirliyinə bıçaqla silahlanmış şəxsin hücumundan sonra bu ölkənin səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Silahlı şəxs səfirliyə daxil olduqdan sonra İran səfirini hədələyib, səfirliyin əməkdaşına bıçaqla xəsarət yetirib və səfirlikdə park edilmiş avtomobillərə ziyan vurub.
Həmin görüşdə Danimarkanın Tehrandakı səfirinə İranın bu ölkədəki səfirliyi və diplomatlarının diplomatik təhlükəsizliyinin təmin olunmaması ilə bağlı etirazı çatdırılıb.
Səfirlə danışıqlarda vurğulanıb ki, Vyana Konvensiyasına uyğun olaraq, bu məsələdə ev sahibi olan ölkənin məsuliyyəti aydındır və Danimarka hökumətinin diplomatik binalarla bağlı beynəlxalq öhdəliklərinə sadiq qalacağı qəti şəkildə gözlənilir.
Danimarkanın İrandakı səfiri də baş vermiş xoşagəlməz hadisə ilə bağlı üzr istəyib və İran Xarici İşlər Nazirliyinin rəsmisinə bu hadisədən sonra lazımi təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və gələcəkdə də belə davam edəcəyini bildirib.