Okt 08, 2022 12:14 Asia/Baku
  • Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Kanadanın baş naziri cümə günü bildirib ki, ölkəsi İrandakı iğtişaşlar bəhanəsi ilə İran hakimiyyətinin yüksək səviyyəli üzvlərinin Kanadaya gəlməsini daimi olaraq qadağan edir, İranla maliyyə əməliyyatlarını məhdudlaşdırır və yeni sanksiyalar tətbiqi tədbirləri həyata keçirir.

SəhərAzəri-nin məlumatına əsasən, Castin Trüdo İranın daxili işlərinə qarışaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın 10 mindən çox zabitinin Kanadaya girişini həmişəlik qadağan etdiyini bildirib. 

O, ölkəsinin İrana qarşı sanksiyaları genişləndirdiyini iddia edib və əlavə edib ki, Kanadanın bu cür tədbirləri həyata keçirmək imkanlarını gücləndirmək üçün 76 milyon dollar ayırıb.

Kanadanın baş naziri elə bir halda bu ölkənin İrana qarşı qərarından danışır ki, o, daha əvvəl Kanadada etiraz hərəkatının yayılmasından sonra fövqəladə vəziyyət elan etmiş və etirazları dayandırmaq üçün polis qüvvələrinə daha çox səlahiyyət verildiyini söyləmişdir.

O, Kanada paytaxtı və bu ölkənin digər bölgələrini iflic edən etirazlara son qoymaq üçün Fövqəladə Aktı başlatdı.

Fövqəladə Hallar Aktının qüvvəyə minməsi federal hökumətə ictimai asayişi bərpa etmək və etirazları dayandırmaq üçün nəhəng səlahiyyətlər verir.

Kanadanın baş nazirinin insan haqlarından bir alət kimi istifadə etməsi tamamilə aydındır, çünki dünya hələ də 150 mindən çox yerli uşağın ailələrindən zorla ayrılması ilə bağlı  kədərli hekayələri və təxminən bir il əvvəl həmin uşaqlardan yüzlərlə nəfərin "yaşayış məktəbləri"nin həyətində kütləvi məzarlıqlarının tapılması rüsvayçılığını hələ də unutmayıb. 

Bu elə bir haldadır ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı günü İrlandiyanın xarici işlər naziri Simon Koveni ilə telefon danışığında deyib: "İranda baş verən son hadisələrin bir hissəsi dinc nümayişlərdir ki, biz bunu ölkənin Konstitusiyasına uyğun olaraq, dəstəkləyirik və insanların tələblərinin dinc şəkildə təqdim olunmasını onların qanuni haqqı hesab edirik və onlara hər zaman diqqət yetirmiş və cavab vermişik". 

Teqlər