Rəisi: Tələbələr düşmənin puç arzularının gerçəkləşməsinə imkan verməyəcək
İran İslam Respublikası prezidenti universitetlərdə yeni tədris ilinin başlanması münasibətilə bu gün Əl-Zəhra (s) Universitetində keçirilən mərasimdə iştirak edib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu mərasimdə bu gün ölkədə universitet tələbələrinin təxminən 60 faizinin qadınlar olduğuna diqqət çəkərək, tələbə qızların bilik və tolerantlığı ilə tədqiqat ruhunun vəhdətini bu sahədə effektiv hesab edib.
Prezident Rəisi qeyd edib ki, ziyalı bir iranlı qadın dünya səviyyəsində mühüm elmi nailiyyət təqdim edib, fəxri kürsüyə qalxdıqda İslam Respublikasının bayrağı dalğalandırılır və İranın dövlət himni səsləndirilir, bu da, ölkə üçün güc yaradır.
İran İslam Respublikasının prezidenti, həmçinin İranda baş verən son hadisələrin pərdə arxasında düşmənin izlərinə toxunaraq, deyib: "Düşmən elə bilir ki, öz ambisiyalarını universitet mühitində həyata keçirə biləcək, lakin o, iranlı universitet tələbələri və professorlarının sayıqlığından düşmənin puç xəyallarının gerçəkləşməsinə imkan verməyəcəyindən xəbərsiz idi".