İranın şimal-qərbində silah qaçaqmalçılığı dəstəsi məhv edilib
İranın şimal-qərbində silah qaçaqmalçılığı dəstəsi məhv edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Həmzeye Seyyiddüşşühəda(ə) qərargahının ictimai əlaqələr şöbəsi bir məlumatda bildiribdir ki, qərargahın döyüşçüləri tam sayıqlıqla əcnəbi casusluq xidmətləri və əks-inqilabçı terror qruplaşmaları ilə bağlı silah və sursat qaçaqmalçılığı dəstələrindən birini aşkar və dağıtmağa müvəffəq olublar.
Bu şəxslər İranın şimal-qərb sərhədlərinə daxil olarkən yaxalanıblar. Onlardan doqquz ədəd «J3» tipli hərbi silah, xeyli sayda hərbi sursat aşkar və müsadirə edilib.
Məlumatda deyilir ki, düşmənin terrorçu, separatçı və iğtişaşçıları təchiz etməkdə məqsədi, cəmiyyətdə ictimai təhlükəsizliyi və asayişi pozmaq, iğtişaşlarda ölüyaratma və bu məsələdən siyasi bəhrələnmədir.