Okt 20, 2022 11:48 Asia/Baku
  • Azərbaycan Respublikasına mal ixracı 72% artıb

İran İslam Respublikasının Azərbaycan Respublikasına ixracı 72% artıb.

 SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Gömrük İdarəsi elan edib: İlin ilk 6 ayında İranın Azərbaycan Respublikasına ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.
Məlumatda qeyd olunur ki, cari günəş ili yəni 1401-ci ilin ilk 6 ayında İranın Azərbaycan Respublikasına ixracı 363,2 milyon dollara çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72% artım deməkdir. 

Eyni dövrdə İranın Azərbaycan Respublikasından idxalı əvvəlki ilə nisbətən 29% azalaraq 19,4 milyon dollar təşkil edib.

İranın bu regionda növbəti ixrac istiqamətləri Rusiya, Türkmənistan və Qazaxıstandır.

Teqlər