Okt 20, 2022 15:19 Asia/Baku
  • Sanksiyaların davam etdirilməsi Qərbin insan haqlarına ikiüzlü dəstəyini göstərir

İranın xarici işlər naziriçərşənbə Qərbi ölkəsinə qarşı sanksiyaların sadə insanları hədəfə aldığını bildirərək, sanksiyaların davam etdirilməsinin Qərbin insan haqlarına ikiüzlü dəstəyini göstəridiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian çərşənbə günü bir tvitdə yazıb: "Bu gün mən kəpənək uşaqların qeyri-insani sanksiyalar ucbatından çəkdikləri ağrılı əzabları öz gözlərimlə gördüm".

Çərşənbə günü səhər saatlarında Əmirabdollahian Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin müşayiəti ilə Tehranda EB (Epidermolizis bülloza) xəstələri üçün ixtisaslaşmış sağlamlıq mərkəzinə baş çəkib və onların problemləri və ehtiyacları, xüsusilə də onlara lazım olan sarğıların olmaması barədə yaxından məlumatlandırılıb.

Əmir Abdullahian EB xəstələri ilə görüşü ilə bağlı yazıb: "Bütün uşaqların gecəni ağrısız və ailələrinin isti qucağında keçirmək hüququ var. Lakin kəpənək xəstəliyinə yoluxmuş uşaqlar ana və atalarının nəvizişindən belə məhrumdurlar, çünki onların bədənləri buna düzə bilmir".

Xarici işlər naziri əlavə edib: "İranlı kəpənək xəstələrinin arıq və kövrək bədənlərinin onlara bir qədər rahatlıq vermək üçün sarğıya ehtiyacı var, lakin ABŞ-ın tətbiq etdiyi sanksiyalar və Avropanın ona verdiyi dəstək səbəbindən uzun illərdir bundan məhrum olublar".

"İran mindən çox kəpənək xəstəsinin ağrı və iztirabını daşıyır. Bu mələklər hər gün hüquq müdafiəçilərinin gözü qarşısında əzab çəkir və quruyurlar. Bu kəpənəklərin gözündə ağrı və iztirab görünür. Hansı pak qəlb bu mələklərin surətlərini görüb gecələr rahatlıqla yata bilər?", - deyə Əmir Abdullahian qeyd edib. 

O daha sonra deyib: "Dünyadakı islahatçıların, eləcə də insan haqları iddiaçılarının özlərinə belə bir sual verməsinin vaxtı çatmayıbmı ki, insan haqları şüarları ilə kəpənək sarğıları və ya xüsusi xəstəliklər üçün dərmanların İrana ixracına qadağa qoyulması arasında nə əlaqə var? Tarix bizdən soruşacaq ki, biz hansı tərəfdəyik, utanmadan cavabımız varmı?". 

Teqlər