İranın xarici işlər naziri Tehrandan İrəvana yola düşüb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir nümayəndə heyətinə başçılıq edərək, cümə axşamı Tehrandan Ermənistanın paytaxtı İrəvana yola düşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahian qarşılıqlı maraq doğuran məsələləri, eləcə də beynəlxalq və regional hadisələri müzakirə etmək üçün İrəvana gedib.
Bu, İranın xarici işlər nazirinin erməni həmkarının rəsmi dəvəti ilə Ermənistan Respublikasına ilk səfəridir.
Səfər zamanı Əmir Abdullahian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və bu ölkənin bəzi digər rəsmi şəxsləri ilə görüşəcək, burada iki dövlət arasında siyasi və iqtisadi əlaqələr müzakirə olunacaq.
Əmir Abdullahian həmçinin Ermənistanın cənub-şərqindəki Kapan şəhərində İran İslam Respublikasının birinci baş konsulluğunun açılış mərasimində iştirak edəcək.
Oktyabrın 9-da Əmir Abdullahian iki ölkənin sıfır sərhəd məntəqəsində İran konsulluğunun yaradılmasını təsdiqləyərək demişdir: “İqtisadi məsələləri, Ermənistan ölkəsi ilə əməkdaşlığın inkişafı, eləcə də İranın 13-cü hökumətinin prioritetlərindən biri olan Şimal-Cənub tranzit marşrutunun gücləndirilmsəini nəzərə alaraq, İran İslam Respublikasının konsulluğunun Ermənistanın "Syunik" vilayətinin paytaxtında açılması qərara alınıb".