Okt 21, 2022 20:06 Asia/Baku
  • İran medialarının sanksiya edilmələri Qərbin söz azadlığı şüarının puçluğunu göstərir

İran xarici işlər nazirliyinin sözçüsü Kanadanın İranın bir neçə mediasına qarşı yeni sanksiyalarına reaksiyada bildirib: İranın mediaları və qələm əhlnin sanksiya edilmələri Qərbin söz azadlığı və informasiyalara sərbəst əlçatanlıq barədəki şüarının puçluğunun nişanəsidir.

Nasir Kənani-Çafi bu gün sosial şəbəkələrdəki şəxsi səhifəsində Kanadanın İranın bir neçə mediasına qarşı yeni sanksiyalarına reaksiyada yazıb: Amerika hökumətinin sanksiya divanəliyi virus xarakteri alıb və sürətlə onun dostlarına keçir. Təsnim xəbər agentliyi, Keyhan qəzeti, Nur-Nyus, Fars xəbər agentliyi, Keyhan-ın məsul direktoru, İranın TeleRadio Təşkilatının keçmiş və hazırkı sədrləri və bu təşkilatın bir müxbirinin sanksiya edilmələri Kanada hökumətinin İrana və iranlılara qarşı ən yeni sanksiya siyahısıdır.

İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi əlavə edib: Bu, Kanada hökumətinin İranın mötəbər xəbər mediaları və media mənsublarını sanksiya etmək sahəsindəki ilk hünəri deyildir. Bu ölkə bundan əvvəl İranın ingilisdilli informasiya kanalı olan Press TV-ni də sanksiya etmişdi.

Kənani vurğulayıb: Kanada hökumətinin və onun qərbli anti-İran şəriklərinin nöqteyi-nəzərindən, iqtisadi sanksiyalardan əlavə, İran xalqının fikir bildirməyə haqqı yoxdur- əlbəttə, əgər onların özləri və onların öz mədəniyyət dili ilə danışarsa, bu, başqa bir məsələ olar.

Nasir Kənani-Çafi vurğulayıb: İranın mediaları və qələm əhlnin sanksiya edilmələri İran xalqının öz səsi və fikrini dünya xalqlarına çatdırmaqdakı əsas hüquqlarının bir hissəsinin pozulması, eləcə də Qərbin söz azadlığı və informasiyalara sərbəst əlçatanlıq barədəki şüarının puçluğunun nişanəsidir. Hansı ki, Qərb məhz həmin hüquqların iddiaçısı və yayıcısıdır və bu iddia əsasında hətta dini və səmavi müqəddəslərə belə, hörmətsizliyə icazə verir.

Kənani-Çafi əlavə edib: Əlbəttə, insan hüquqları iddiaları ilə dünyanın qulaqlarını kar edən bir ölkə tərəfindən, başqalarının səslərinin eşidilməməsi üçün sanksiya və zorakılığa söykənməsi, o qədər təəccübləndirici deyildir. Kanada aparteid davranışlara adət eləyib. Bu ölkədəki yerli uşaqların kütləvi qəbirləri ona bir sənəddir və Kanada indi də media aparteidinə üz tutubdur.

İran xarici işlər nazirliyinin sözçüsü qeyd edib: Şüar zəifləyərkən məntiq də zəifləyir və zorakılıq və sanksiyaya söykənməkdən başqa, bir çarə qalmır. Sanksiya Amerikanın və onun müttəfiqlərinin beynəlxalq dili olubdur.

Teqlər