"Sərhədlərin dəyişməsini heç bir halda qəbul etmirik"
https://azeri.sahartv.ir/news/İran-i394321-sərhədlərin_dəyişməsini_heç_bir_halda_qəbul_etmirik
İranlı millət vəkili Azərbaycanla sərhəddəki təlimlər barədə bəyan edib ki, İran harda lazım bilirsə, orda da hərbi təlim keçirəcək. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2022 08:04 Asia/Baku

İranlı millət vəkili Azərbaycanla sərhəddəki təlimlər barədə bəyan edib ki, İran harda lazım bilirsə, orda da hərbi təlim keçirəcək. 

SəhərAzəri-nin məlumatına əsasən, İran parlamenti - İslam Şurası Məclisinin Milli təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, Tikabdan olan deputat Həsən Himməti İRNA-ya açıqlamasında deyib: "Cənubi Qafqazda sərhədlərin dəyişməsini İslam Respublikası heç bir halda qəbul etməyəcək."

İranın şimal-qərbində, Azərbaycanla sərhəddə hərbi təlimə gəlincə, deputat qeyd edib ki, bu, güc nümayişi idi - qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı qəti cavab mesajıdır. Bizim üçün şimal sərhədlərimizdə baş verən hadisələr önəmlidir və ona görə orda ölkəmizin hüquqları və təhlükəsizliyi üçün təlimlər keçiririk. Heç bir beynəlxalq hüquq ölkələrin sərhədlərinin dəyişməsinə imkan vermir. Hesab edirik ki, hər bir ölkənin öz ləyaqəti və mövqeyi var və regiondakı bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır.