İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması şayiəsinə son qoyuldu
https://azeri.sahartv.ir/news/İran-i394329-İranın_futbol_üzrə_dünya_çempionatından_kənarlaşdırılması_şayiəsinə_son_qoyuldu
Beynəxalq Futbol Federasiyası- FİFA-nın texniki komitəsinin iclası keçirilib. İclasda İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması məsələsi hətta qaldırılmayıb belə.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2022 15:28 Asia/Baku
  • İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması şayiəsinə son qoyuldu

Beynəxalq Futbol Federasiyası- FİFA-nın texniki komitəsinin iclası keçirilib. İclasda İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması məsələsi hətta qaldırılmayıb belə.

SəhərAzəri-nin məlumatına əsasən, son günlər bəzi xarici medialar İranın futbol üzrə 2022-ci il Qətər dünya çempionatından kənarlaşdırılması məsələsini irəli sürmüş və bildirmişdilər ki, bu məsələ bu gün, şənbə günü Yeni Zelandiyanın Oklend şəhərində FİFA-nın texniki komitəsində araşdırılacaq.

«Marka» nəşri bu haqda ən son məlumatında bidlribdir ki, FİFA-nın texniki komitəsinin iclası İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması məsələsi barədə heç bir fikir qaldırılmadan belə, keçirilib.

İranın futbol üzrə yığma komandasının 2022-ci il Qətər dünya çempionatındakı ilk oyunu noyabrın 21-də İngiltərə komandası, sonrakı görüşləri isə Uels və ABŞ yığmaları ilə olacaq.