Okt 29, 2022 18:08 Asia/Baku
  • General Səlami: İnsanlar iştirakları ilə Amerikanı təhqir etdilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı vurğulayıb ki, İran xalqı həmişə öz iştirakı ilə ABŞ-ı təhqir edib və dəfələrlə sübut ediblər ki, İmam Xomeyninin (r.ə) dediyi kimi Amerika heç bir qələt edə bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, general-mayor Hüseyn Səlami bu gün, Şiraz şəhərindəki Şah Çərəq hərəmində törədilən terror aktının şəhidlərinin dəfn mərasimində dəfn mərasimində bu iyrənc və vəhşicəsinə cinayəti qınayaraq, deyib: "Şanlı İslam İnqilabı bir neçə aldanmış şəxsin fitnəsi ilə heç vaxt zərər görməyəcək".

O, həmçinin Şiraz sakinlərinin dəfn mərasimində möhtəşəm iştirakını İranın and içmiş düşmənlərinin qəti məğlubiyyəti hesab edib və deyib: "İranın agah və bəsirətli xalqı meydanlarda olmaqla Amerikanın, İsrailin və digər rəzil düşmənlərin sinəsinə son gülləni vurub". 

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı son fitnə və iğtişaşların sionist rejimin məhsulu olduğunu bildirərək, vurğulayıb ki, onlar son 43 ildə İran xalqından böyük məğlubiyyətlər alıblar.

Teqlər