İran AET-in məqsədi, ölkənin enerji tutumunun 20%-nin hasilatıdır
Noy 02, 2022 13:44 Asia/Baku
İran Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, bu təşkilatın məqsədi, təxminən on dörd min meqavata bərabərlik edən ölkənin enerji tutumunun 20%-nin istehsalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd İslami İran məclisiin sənaye və mədən komissiyasının iclasında iştirakdan sonra deyib: Nüvə sənayesi elm və texnologiyanın inkişafında öncül və qabaqcıldır və sənaye sahəsində geniş təsirə malik ola bilər.
İran Atom Enerjisi Təşkilatının sədri söyləyib: Saytın düzəldilməsi və seçilməsi layihəsində araşdırmalar aparılıb və ən mühüm cəhət, suyun kənarında olmaq və sudan istifadə qabiliyyətidir ki, cənubda və daha çox Hormozqan, Buşehr və Xuzistan vilayətləri və Məkran sahillərində yeni on min meqavatt istehsalı nəzərdə tutulubdur.