Əmir-Abdullahiyan və Borrel telefon söhbəti aparıblar
İranın xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında telefon söhbəti baş tutub.
SəhərAzəri-nin məlumatına əsasən, tərəflər söhbət zamanı sanksiyaların ləğvi üzrə müzakirələr, İran-Avropa Birliyi münasibətləri və Ukrayna savaşı ilə bağlı son olaylar ətrafında fikir mübadiləsi aparıblar.
Hüseyn Əmir-Abdullahiyan sözügedən telefon söhbətində İranın Avropa Birliyi kanalı ilə Amerikaya mesaj göndərməsinə işarə ilə deyibdir ki, İran İslam Respublikası yaxşı, güclü və dayanıqlı bir razılaşmaya çatmağa hazırdır.
O, İran İslam Respublikasının MAQATE ilə həmkarlıqları ilə barədə isə bildiribdir ki, agentliklə İran arasında yaxşı və güclü əməkdaşlıqlar haqda razılaşma əldə olunmaqadadır.
Əmir-Abdullahiyan İrandakı cari hadisələrə də toxunub: Bəzi Avropa rəsmilərinin sərt mövqeləri, Avropanın içərisində də zorakılığa və terrora rəvac verib. Bu, o deməkdir ki, insan hüquqları adı altında Avropanın bəzi ifratçı liderlərinin əlləri ilə Avropanın təhlükəsizliyinin təhdid edilməsi həyata keçirildi.
Özünün ukraynalı həmkarı ilə son telefon danışığına işarə edən Əmir-Abdullahiyan Ukrayna savaşı, bu müharibənin başa çatması və atəşkəs zərurəti ilə bağlı İran İslam Respublikasının prinsipial mövqeyini bir daha təkrar edib.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi də bu telefon söhbətində öz mətbuat katibinin bəyanatına işarə ilə, bir daha İŞİD-in İranın Şiraz şəhərindəki terror hücumunu pisləyib və bu terror hücumu qurbanlarının ailələrinə başsağlığı veribdir.
Avropalı rəsmilərin bəzi mövqelərinə toxunan Borrel onları media məlumatlarından qaynaqlanan Avropa cəmiyyətlərinin ümumi fikrinin inikası adlandırıb.
Nüvə müzakirələrinə gəlincə isə, Borrel İranın mesajının amerikalı tərəfə ötürülməsinə işarə ilə, deyib: Biz yekun razılaşma nöqtəsinə çatmaq üzrə konstruktiv səylərimizi davam etdirəcəyik və işin nəticə verəcəyinə nikbin yanaşırıq.