Noy 14, 2022 14:51 Asia/Baku
  • Kənani: Heç kəs İranın səbrini onun zəifliyi kimi yozmasın!

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan Respublikası rəsmiləri və medialarının qara-piar kampaniyasına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: “İranın prinsipial siyasətinin bütün qonşularla mehriban qonşuluq və əlaqələrin genişləndirilməsi strategiyasına əsaslandığını vurğulayıram və Azərbaycan Respublikası da bu qaydadan istisna deyil və heç kim bu müdrik və məsuliyyətli siyasəti yanlış başa düşməməlidir.

Onun sözlərinə görə, İranın bəzi səhv hesablamalar qarşısında sükutu və ya bəzi düşünülməmiş bəyanatlara qarşılıq verməməsi qətiyyən zəiflik əlaməti deyil, əksinə bu, İranın iqtidar siyasətinin və qüdrətli bir dövlətin qonşularına münasibətdə məsuliyyətli davranışının nəticəsidir. Bu isə o deməkdir ki, İran küləklərlə həyəcana qapılmaz və emosional davranış sərgiləməz.

Kənani sonra deyib: “Heç kim İranın səbrini zəiflik kimi yozmasın. Region ölkələrinin tarixi aydın və şəffafdır və təhrif edilə bilməz və tarixi düzgün oxumaq daha yaxşıdır. Qonşularımızla münasibətlərdə bizim siyasətimiz mehriban qonşuluq və bütün qonşular, xüsusən də Azərbaycan ölkəsi və xalqı ilə hörmət və qardaşlıq əlaqələrini qoruyub saxlamaqdır”.

İranın XİN rəsmisi davam edib: “Mövqeləri idarə etmək lazımdır. İki ölkə ilə bağlı məsələlər haqda media kontekstində mövqe bildirmək faydalı deyil. Biz bir-birimizlə diplomatik çərçivədə danışa bilərik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda bildirib: “Şübhəsiz ki, region ölkələri arasında münasibətlərdə rolu konstruktiv olmayan regiondan kənar əllər İranın bəzi qonşuları ilə münasibətlərini pozmağa çalışırlar. Biz region ölkələrinə tövsiyə edirik ki, onların oyunları çərçivəsində hərəkət etməsinlər. Biz mehriban qonşuluq siyasətini vurğulayırıq və bu çərçivədə çalışacağıq və ümid edirik ki, qonşuluqdakı dostlarımız başqa ölkələrin daxili işlərinə qarışmamaq əsasında hərəkət edəcəklər”.

Teqlər