Noy 15, 2022 13:01 Asia/Baku
  • Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniya kansleri Olaf Şoltsun İran İslam Respublikasına qarşı müdaxiləçi və qeyri-konstruktiv açıqlamalarından sonra bu ölkənin Tehrandakı səfiri Hans Udo Muzeli İran Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu, Almaniya səfirinin son günlər Xarici İşlər Nazirliyinə ikinci dəfə çağırılması idi.

Almaniya kansleri Olaf Solts Tvitter səhifəsində Avropa Birliyinin İrana qarşı sanksiyalarının yeni mərhələsini dəstəkləyəcəyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Departamentinin direktoru Almaniyanın İranın daxili hadisələri ilə bağlı destruktiv yanaşmasına İranın kəskin etirazını bu ölkənin səfirinə çatdırıb. 

O, bu cür ifadələrin və qeyri-konstruktiv hərəkətlərin Tehran-Berlin əlaqələrinin gələcəyinə təsirinə görə Almaniyanın məsuliyyət daşıdığını bildirib. 

İran Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, İran digər tərəflərin tədbirlərini izləyir və milli maraqlara və İranın ləyaqətinə uyğun olaraq lazımi cavab verəcək.

Almaniya səfiri isə öz növbəsində İranın etirazını Almaniya hökumətinə çatdıracağını bildirib.

Səfirə İrandan rəsmi etiraz məktubu da təqdim olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də bazar günü müvafiq şərhlərdə Almaniya kanslerinin İslam Respublikası ilə bağlı tutduğu son mövqeyi qeyri-diplomatik, təxribatçı və müdaxiləçi adlandırıb.

"Təəssüflər olsun ki, bəzi qondarma insan haqları müdafiəçiləri böyük İran xalqına qarşı Səddam rejimini dəstəkləməklə bağlı öz qaranlıq tarixlərini unudublar", - deyə Kənani vurğulayıb.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da almaniyalı həmkarı Annalena Berbuka xitabən yazdığı bir tvitdə təhrikedici, müdaxiləçi və qeyri-diplomatik mövqelərin püxtəlik və müdriklik əlaməti olmadığını bəyan edərək, deyib: "Berlin ortaq çağırışları həll etmək və ya qarşıdurmanı davam etdirmək üçün məşğul olmaq arasında seçim edə bilər. Bizim cavabımız mütənasib və qəti olacaq".

Teqlər