Noy 15, 2022 21:14 Asia/Baku
  • Qəribabadi: Farsdilli şəbəkələrin rolu terrorçu qruplardan az deyil

İran Ədliyyəsi Rəhbərinin Beynəlxalq Əlaqələr üzrə müavini və İnsan Haqları Şurasının katibi Kazim Qəribabadi İranda son iğtişaşlar zamanı bəzi anti-İran farsdilli sosial şəbəkə saytları və medianın təxribatçı rolunu izah edib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəribabadi deyib: "Mən Nyu-Yorkda üç iş günü ərzində  100-ə yaxın ölkənin, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına (İƏT), Qoşulmama Hərəkatına (QAM) və BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupuna üzv dövlətlərin nümayəndələri, eləcə də ondan çox müxtəlif ölkələrin səfirləri və daimi nümayəndələri və BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti ilə görüşdüm. 

Nyu-Yorkda iranlı jurnalistlərə danışan Qəribabadi əlavə edib: "Biz bu danışıqlarda bəzi Qərb ölkələri və ABŞ-ın dinc toplantılar adlandırdıqları şeyin düzgün mənzərəsini təqdim etməklə son hadisələrin real izahına diqqət yetirdik və bəzi ölkələrin iğtişaşlara dəstək rolunu, həmçinin bəzi hüquq müdafiə təşkilatlarının Şirazdakı terror hadisəsinə susması kimi siyasi mövqelərini qaldırdıq.

İranın İnsan Haqları Şurasının katibi daha sonra deyib: "Bu görüşlərdə biz xüsusi olaraq, xaricdə fəaliyyət göstərən, zorakılığa və terror aktlarına təhrik edən, İranda təhlükəsizliyi pozan İnstaqram və Twitter-in, həmçinin İran əleyhinə olan farsdilli medianın rolunu xüsusi qeyd etdik".

 "Biz Səudiyyə tərəfindən maliyyələşdirilən İran İnternational və BBC Farsi kanallrı tərəfindən separatçı və terrorçu qrupların üzvləri ilə zorakılığı və cinayəti təşviq edən yüzlərlə müsahibəsi haqqında sənədlər təqdim etdik", - deyə o, vurğulayıb.

İran İslam Respublikası İnsan Haqları Şurasının katibi bildirib ki, İran əleyhinə olan farsdilli medianın davranışı tamamilə beynəlxalq qanunlara ziddir və bu mövzuda Britaniya hökuməti məsuliyyət daşıyır. 

"İrana düşmən olan bu media orqanlarının rolu terrorçu qruplar və ya onların üzvlərinin rolundan heç də az deyil və İran İnternational kanalını terrorçu hesab edirik və BBC Farsi kanalını da eyni aqibət gözləyir", - deyə Qəribabadi əlavə edib.

 

Teqlər