Noy 29, 2022 17:49 Asia/Baku
  • Rəis: Bölgədə əcnəbilərin olması təhlükəsizliyi təmin etmir

İran İslam Respublikası prezidenti İraqın baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında bölgədə xarici qüvvələrin varlığını tənqid edərək, deyib: "Əcnəbilərin bölgədə olması təhlükəsizliyi təmin etmir, yalnız problemlər yaradır".

SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti Seyid İbrahim Rəisi və rəsmi təmaslar üçün bu gün Tehrana gələn İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani birgə mətbuat konfransı keçirib.

Prezident Rəisi konfrans mətbuatında deyib: "Regionda təhlükəsizlik, sülh və sabitlik çox vacibdir və buna görə də terror qruplaşmaları və narkotiklərlə mübarizə iki ölkənin razılaşmalarının bir hissəsidir".

Rəisi əlavə edib: "Əcnəbilərin bölgədə olması təhlükəsizliyi təmin etmir, yalnız problemlər yaradır. Ona görə də onların bölgədən çıxarılması regionun təhlükəsizliyinə böyük töhfə verə bilər". 

İran prezidenti davam edib: "Bizim İraq ölkəsi ilə əlaqələrimiz adi əlaqələr deyil, bizim əlaqələrimiz iki xalqın əqidəsindən qaynaqlanır və bu, iki xalqı və iki hökuməti bir araya gətirən çox dərin bir kökdür".

Rəisi qeyd edib ki, İraqın baş nazirinin İranda olması iki ölkə münasibətlərində dönüş nöqtəsidir və ikitərəfli danışıqlar mütləq münasibətlərin yaxşılaşdırılması istiqamətində böyük addım ola bilər.

İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani də bu konfrans mətbuatında region ölkələrinin terrorizm və mütəşəkkil cinayətlərlə mübarizədə əməkdaşlığını vurğulayaraq, deyib: "İraq hökumətinin siyasəti ondan ibarətdir ki, bu ölkə region ölkələrinə zərər vermək üçün başlanğıc nöqtəsi olmasın".

Əl-Sudani İraq hökumətinin öz torpaqlarından başqa ölkələrə qarşı istifadəyə icazə verməyəcəyini vurğulayıb. 

İraqın baş naziri İrana səfərinin məqsədinin iki ölkə arasında tarixi əlaqələri gücləndirmək olduğunu bildirərək, deyib: "İraq xalqı və hökuməti İslam Respublikasının İŞİD terrorçularına qarşı dəstəyini unutmur".

Teqlər