İran neft hasilatını artırıb
https://azeri.sahartv.ir/news/İran-i395995-İran_neft_hasilatını_artırıb
İran İslam Respublikası gündə 3 mln. barrel neft hasil etməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2022 13:41 Asia/Baku
  • İran neft hasilatını artırıb

İran İslam Respublikası gündə 3 mln. barrel neft hasil etməyə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.

Qeyd olunur ki, əvvəllər respublikada gündəlik neft hasilatı 1-2 mln. barrel neft arasında dəyişirdi.

Nazir vurğulayıb ki, İran gündə 3 mln. barrel neft hasil etməyə başlayıb. Həmçinin tətbiq edilən yeniliklər sayəsində yüngül neft fraksiyalarının gündəlik hasilatı 200 min barrel artıb.