İran Əlcəzairlə birgə iqtisadi komissiyanın iclasını keçirməyə hazırdır
İran xarici işlər naziri öz əlcəzairli həmkarı ilə telefon söhbətində iki ölkə əlaqələrini səmimi və inkişafda olan əlaqələr adlandırıb. Bildirib ki, İran Əlcəzairlə birgə iqtisadi komissiyanın iclasının yaxın gələcəkdə keçirilməsinə hazırdır.
Hüseyn Əmir-Abdullahiyan dünən gecə Əlcəzair xarici işlər naziri Rəmtan Ləmamra ilə telefon danışığında onunla, fransız nəşrin islami dəyərlərə qarşı nalayiq hərəkətləri və sionist rejim tərəfindən Məscidüləqsaya edilən son hörmətsizlik də daxil olmaqla İslam dünyası və region olayları, habelə ikitərəfli məsələlər sahəsində iki ölkənin ciddi-cəhd göstərdiyi ən mühüm mövzular ətrafında fikir mübadiləsi aparıb.
Sionist rejimin Məscidüləqsaya qarşı hörmətsizliyinə, həmçinin fransız nəşrin islami dəyərlərə və dini mərcəiyyətə qarşı həyasızlığına toxunan İran rəsmisi müqəddəs məkanlar və dini dəyərlər əleyhinə nalayiq hərəkətlərin durdurulması üçün kəsərli qanuni və beynəlxalq bir mexanizmin yaradılmasını istəyib.
Sionistlərin Məscidüləqsaya qarşı hörmətsizliyini, həmçinin fransız jurnalın həyasızcasına hərəkətini pisləyən Əlcəzair xarici işlər naziri də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq orqanlarda islami ölkələr arasındakı həmkarlıqların gücləndirilməsi vacibliyinə təkid edib.